Əsas məzmuna keç

Polina Şukina Sinqapurda üçxallıq atışlar müsabiqəsinin qalibi olub

Polina Şukina Sinqapurda üçxallıq atışlar müsabiqəsinin qalibi olub
— Foto: idman.biz

Azərbaycan millisinin basketbolçusu “Basketball Without Borders Next Up 2026” proqramı çərçivəsində keçirilən yarışda birinci yeri tutub.

en ru

millisinin üzvü Polina Şukina Sinqapurda keçirilən beynəlxalq basketbol proqramında üçxallıq atışlar müsabiqəsinin qalibi olub.

Gənc basketbolçu “Basketball Without Borders Next Up 2026” proqramı çərçivəsində təşkil edilən yarışda bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və “Sport Singapore 2026 Three-Point Champion” mükafatına layiq görülüb.

Noyabrın 18-dən 21-dək keçirilən proqram NBA, WNBA və Beynəlxalq Basketbol Federasiyasının (FIBA) birgə təşkilatçılığı, Sport Singapore qurumunun əməkdaşlığı ilə baş tutub.

Qadınlar üçün ilk dəfə təşkil olunan proqramda altı qitədən seçilmiş 80 gənc basketbolçu iştirak edib. İştirakçılar peşəkar basketbolçuların və məşqçilərin rəhbərliyi altında hazırlıq keçib, müxtəlif məşqlərdə və yarışlarda bacarıqlarını nümayiş etdiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…