Əsas məzmuna keç

Polina Şukina “BWB Next Up” düşərgəsinə seçildi

Polina Şukina “BWB Next Up” düşərgəsinə seçildi
— Foto: idman.biz

Azərbaycan millisinin üzvü Sinqapurda keçiriləcək beynəlxalq basketbol düşərgəsində iştirak edəcək. Azərbaycan bu proqramda ilk dəfə təmsil olunacaq.

en ru

basketbol millisinin üzvü Polina Şukina NBA, WNBA və FIBA-nın birgə təşkil etdiyi “Basketball Without Borders” proqramının qadınlar üçün nəzərdə tutulan “BWB Next Up” düşərgəsinə seçilib. Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Sinqapurda noyabrın 18-dən 21-dək keçiriləcək düşərgədə dünyanın müxtəlif ölkələrindən 80 perspektivli gənc basketbolçu iştirak edəcək. Şukinanın seçilməsi ilə Azərbaycan ilk dəfə sözügedən proqramda təmsil olunacaq.

Düşərgə müddətində iştirakçılar tanınmış basketbolçuların və məşqçilərin rəhbərliyi altında məşqlərə qatılacaq, həmçinin oyunlarda çıxış edəcəklər. Bununla onlar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq. Ən yaxşı oyunçular “BWB All-Star” düşərgəsinə seçilmək şansı əldə edəcəklər.

Şukina 2025-ci ildə U-16 Avropa çempionatının B divizionunda ən çox xal toplayan üç basketbolçudan biri olub. O, 2026-cı ildə keçirilən U-18 Avropa çempionatının B divizionunda isə ribaund və effektivlik göstəricilərinə görə turnir lideri olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…