Azərbaycanın dörd parataekvondoçusu noyabrın 20-22-də Cənubi Koreyanın Muju şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.
K44 kateqoriyasında ölkəni İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.
İdmançılar mundialda baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında çıxış edəcəklər. Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.