ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və onun kürəkəni, iş adamı Cared Kuşner Ukraynaya səfərdən sonra Polşanın Jeşuv hava limanından ABŞ-yə yola düşüblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, TASS agentliyinin məlumatına görə, nümayəndə heyətini daşıyan xüsusi təyyarə yerli vaxtla saat 08:04-də havaya qalxıb.
Səfərin diqqətçəkən məqamlarından biri amerikalı nümayəndələrin Rusiya və Ukraynaya səfərləri zamanı ilk dəfə biznes-jet əvəzinə dövlət aviasiyasına məxsus “Boeing C-32A” xüsusi təyyarəsindən istifadə etməsidir.
Bu addım səfərin rəsmi statusuna və aparılan danışıqların əhəmiyyətinə verilən önəm kimi qiymətləndirilir.
Xatırladaq ki, səfər çərçivəsində Stiv Uitkoff və Cared Kuşner həm Moskvada, həm də Kiyevdə yüksək səviyyəli görüşlər keçiriblər.
Trampın xüsusi elçisi baş tutan danışıqları məzmunlu və səmərəli kimi qiymətləndirib.