Əsas məzmuna keç

Ukraynaya gecə hücumları: 5 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukraynaya gecə hücumları: 5 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müxtəlif bölgələrinə endirilən hava zərbələri nəticəsində 5 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını açıqlayıb. Hücumlarda yaşayış evlərinə ziyan dəyib, su və elektrik təchizatında fasilələr yaranıb.

en ru

Prezidenti ölkənin müxtəlif bölgələrinə gecə saatlarında həyata keçirilən hava hücumlarını şərh edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukraynaya və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücumların əsas hədəfi paytaxt və onun yaxınlığındakı yaşayış məntəqələri olub.

Zərbələr nəticəsində su və elektrik təchizatında fasilələr yaranıb, yaşayış evlərinə ziyan dəyib. Odessa, Nikolayev, Kirovoqrad, Rovno və Jitomir vilayətləri də hücuma məruz qalıb.

“Mövcud məlumatlara görə, bu hücumlar nəticəsində ölkə üzrə 14 nəfər yaralanıb. Təəssüf ki, onların arasında bir uşağın da olduğu 5 nəfər həyatını itirib”, – Zelenski bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı yazılı açıqlamada Rusiyanın ölkəyə göndərdiyi 5 ballistik raket və 155 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…