Əsas məzmuna keç

Fransada müsəlmanlara qarşı ölüm çağırışları ilə bağlı istintaq başladılıb

Fransada müsəlmanlara qarşı ölüm çağırışları ilə bağlı istintaq başladılıb

Paris prokurorluğu “X” platformasındakı söhbət qrupunda nifrətə və zorakılığa təhrik, habelə terror aktına çağırış şübhələri üzrə araşdırma aparır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fransa Respublikasının Paris Prokurorluğu ABŞ-nin “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində müsəlmanlara və ərəb mənşəli mülki şəxslərə kütləvi hücum, eləcə də qətl çağırışlarının əks olunduğu söhbət qrupunun fəaliyyəti ilə bağlı rəsmi açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata əsasən, hüquq-mühafizə organları söhbət qrupundakı ekstremist məzmunlu yazışmalarla bağlı “irqi zəmində nifrət və ya zorakılığa təhrik” və “terror aktının törədilməsinə açıq çağırış” şübhələri üzrə genişmiqyaslı istintaq tədbirlərinə başlayıb.

İstintaq materiallarına daxil edilən mesajlarda “Bura ərəblərin ölkəsi deyil”, “Küçə namazlarından istifadə etmək lazımdır, çünki hamısı bir yerə toplaşır” və “Çox sayda insanı məhv etmək lazımdır” kimi radikal və terror xarakterli ifadələr yer alıb.

Fransa parlamentinin “Boyun Əyməyən Fransa” (LFI) partiyasından olan deputatı Tomas Portes (Thomas Portes) oktyabrın 25-də “X” şəbəkəsindəki rəsmi hesabında sözügedən daxili söhbət qrupundan bir neçə kadr paylaşıb. Deputat kütləvi ölüm çağırışlarının edilməsini, irqi və dini zəmində nifrətin alovlandırılmasını pisləyərək faktla bağlı Paris prokurorluğuna rəsmi şikayət ərizəsi təqdim etdiyini bəyan edib.

Müsəlmanlara qarşı nifrət ritorikasının kəskinləşməsi oktyabrın 23-də Fransanın İvelin (Yvelines) departamentində qeydə alınan dəhşətli silahlı hücumdan dərhal sonraya təsadüf edir. Hücum nəticəsində bir nəfər həlak olub, yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fransa Prezidenti baş vermiş insidenti irqçi və ultra-sağçı motivlərlə törədilmiş terror aktı kimi tövsif edib. Ölkənin təhlükəsizlik strukturları daxili sabitliyi pozmağa yönəlmiş ekstremist qruplara və sosial şəbəkələrdə nifrət toxumu səpən istifadəçilərə karşı nəzarəti gücləndirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…