Əsas məzmuna keç

Zelenski Makronla Ukrayna və Fransadakı vəziyyəti müzakirə etdi

Zelenski Makronla Ukrayna və Fransadakı vəziyyəti müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron arasında keçirilən telefon danışığında ABŞ-dakı təmaslar, enerji təhlükəsizliyi və Fransadakı meşə yanğınları müzakirə olunub.

ru en

Ukrayna Prezidenti Fransa Prezidenti Makronla apardığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zelenski hesabında paylaşdığı məlumata görə, Vaşinqtondan qayıdarkən baş tutan söhbət zamanı o, ABŞ-də, o cümlədən Ağ Ev və Senatda keçirdiyi görüşlərin nəticələri barədə Makronu məlumatlandırıb.

Bildirilib ki, tərəflər Ukraynada sülhə nail olunması istiqamətində diplomatik səyləri və gələcək addımların koordinasiyasını müzakirə ediblər. Zelenski Fransanın Ukraynaya göstərdiyi dəstəyə görə Emmanuel Makrona təşəkkür edib.

Məlumata görə, telefon danışığında Fransada davam edən da müzakirə olunub. Ukrayna Prezidenti Fransaya yanğınsöndürmə işlərində kömək təklif edərək, ukraynalı mütəxəssislərin zərurət yaranacağı təqdirdə əməliyyatlara qoşula biləcəyini bildirib.

Qeyd olunub ki, söhbət zamanı qarşıdan gələn qış mövsümünə hazırlıq, Ukraynanın enerji sisteminin mühafizəsi və hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…