Fransa Respublikasının Prezidenti Emmanuel Makron ölkədə geniş vüsət alan “sarı jiletlilər” hərəkatının kütləvi etiraz aksiyalarından sonra xalqa televiziya vasitəsilə xüsusi müraciət edib. Dövlət başçısı müraciətində Paris və digər iri şəhərlərdə baş verən iğtişaşları, zorakılıq aktlarını və mülki infrastruktura vurulan ziyanı kəskin şəkildə pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, E.Makron Fransanın hazırda ciddi nizam-intizama, ictimai asayişə və əmin-amanlığa ehtiyacı olduğunu vurğulayıb. O, bütün siyasi partiyaları, parlament qüvvələrini və həmkarlar ittifaqlarını radikal zorakılıq və talançılıq hallarını birmənalı şəkildə qınamağa çağırıb.
Fransa lideri kütləvi iğtişaşlardan zərər çəkən kiçik və orta sahibkarlara, ticarət obyektlərinə dövlət tərəfindən qısa müddətdə maliyyə və kompensasiya dəstəyinin göstəriləcəyini açıqlayıb. Eyni zamanda, təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyətində aşkar edilən boşluqlardan operativ nəticələrin çıxarılması və nəzarətin gücləndirilməsi barədə aidiyyəti qurumlara xüsusi tapşırıqlar verdiyini bildirib.
Dövlət başçısı qanunsuzluq törədənlərə qarşı hüquqi müstəvidə kəsərli addımların atılacağını vurğulayıb:
“İctimai əmlakı talan edənlər və mağazaları dağıdanlar dəymiş bütün moddi zərəri son qəpiğinədək ödeməlidirlər. Fransa Respublikasının konstitusiya quruluşunu sarsıtmağa və dövlət institutlarını devirməyə cəhd edən radikal ünsürlər qanun qarşısında cavab verəcəklər”, – deyə E.Makron bəyan edib.