Əsas məzmuna keç

Almaniyanın uzaqmənzilli raketləri Rusiyanı tətikləyə bilər - Parisdən Berlinə çağırış

Almaniyanın uzaqmənzilli raketləri Rusiyanı tətikləyə bilər - Parisdən Berlinə çağırış

Fransa və Almaniya rəsmiləri Berlinin aldığı və hazırladığı uzaqmənzilli raketlərin necə istifadə olunacağını müzakirə edəcəklər. Paris raket zərbələrinin Rusiyanın nüvə cavabına səbəb ola biləcəyindən narahatdır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Avropaya mümkün hücumların qarşısını almaq məqsədilə , Böyük Britaniya və Polşa başda olmaqla bir sıra Avropa ölkələri müdafiə və çəkindirmə imkanlarını ciddi şəkildə gücləndirir. Bu çərçivədə rəsmi Berlinin 500 kilometrdən 2 min kilometrdən çox məsafədəki hədəfləri vura bilən uzaqmənzilli raketlər aldığı və istehsalını hazırladığı bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” "Financial Times" nəşrinə istinadən xəbər verir ki, və Almaniya rəsmiləri bu raketlərin tətbiqi qaydaları ilə bağlı müzakirələr aparacaqlar. Parisdə ehtiyat edirlər ki, ərazisindəki hədəflərə uzaq məsafəli dəqiq zərbələrin (DPS) endirilməsi Moskvanın nüvə cavabına səbəb ola bilər.

Narahatlıq əsasən bu cür zərbələrin hərbi-siyasi çərçivəsinin necə müəyyənləşdirilməsi ilə bağlıdır.Belə ki, Rusiyaya adi silahlarla endirilən zərbə düzgün siqnal kimi oxunmazsa, Kreml tərəfindən daha dağıdıcı cavab addımlarına gətirib çıxara bilər. Fransalı rəsmilərdən biri yaranmış riski belə ifadə edib: "Ruslar siqnalı düzgün qəbul etməsələr, özümüz də fərqinə varmadan nüvə həddinə çata bilərik".

Bu vəziyyət Fransa Prezidenti Emmanuel Makronun irəli sürdüyü "genişləndirilmiş çəkindirmə" strategiyasına da təsir göstərə bilər.Parisdə hesab edirlər ki, müttəfiqlərin Rusiya ərazisinə endirəcəyi zərbələrə görə Moskva birbaşa Fransanı məsul tuta bilər. Müzakirələrlə tanış olan rəsmi bu məqamı belə izah edib: "Evinizə kimisə dəvət etsəniz və o, evi yandırsa, məsuliyyət sizin üzərinizə düşər".

"Financial Times"a danışan mənbələrin sözlərinə görə, Fransa tərəfi bu riskləri minimuma endirmək üçün iki ölkənin müdafiə proqramlarını uzlaşdırmağa çalışır. Əsas diqqət isə 2030-cu ilədək olan beşillik dövr üçün 780 milyard avroluq nəhəng müdafiə büdcəsi ayıran Almaniyaya yönəlib.

Mənbələrdən biri nüvə təcrübəsi fərqinə diqqət çəkib: "Bizim zamanla formalaşdırdığımız vərdişlər var, almanlarda isə bunlar yoxdur. Rusların heç vaxt yanlış siqnal almaması və ya onu səhv anlamaması üçün aydın, ictimaiyyətə açıq doktrinanın olması daha yaxşıdır".

Almaniyanın yüksəkvəzifəli rəsmisi də Avropa paytaxtlarının "ortaq doktrinaya və eskalasiya pillələri barədə ümumi anlayışa" ehtiyac duyduğu fikrini tam dəstəklədiyini bildirib.

Britaniyalı rəsmi isə Almaniyanın strateji mədəniyyətinin sürətlə dəyişdiyini vurğulayaraq, mövcud narahatlıqların şişirdildiyini deyib: "Keçmiş stereotiplərə ilişib qalmaq əvəzinə, bunu mütləq qəbul etməliyik".

Qeyd edək ki, bu müzakirələr Almaniyanın Rusiya ilə mümkün müharibə ssenarisində Avropanın nüvə çəkindirməsini gücləndirmək məqsədilə Böyük Britaniyanın "Trident" nüvə proqramını maliyyələşdirməyi nəzərdən keçirdiyinə dair ilin əvvəlində yayılan məlumatların ardınca gündəmə gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…