Əsas məzmuna keç

CNN: ABŞ İrana 96 saat ərzində genişmiqyaslı zərbələr endirə bilər

CNN: ABŞ İrana 96 saat ərzində genişmiqyaslı zərbələr endirə bilər

CNN-in adları açıqlanmayan iki amerikalı rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, Donald Tramp qərar verərsə, ABŞ İrana qarşı hücumlara 96 saat ərzində başlaya bilər. Məlumatda İsrailin baş naziri Binyamin Netanyahunun birgə zərbələrə çağırış etdiyi, Trampın isə buna razılıq vermədiyi iddia olunur.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ştatların Ağ Ev administrasiyasında İran İslam Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyatların keçirilməsinə dair strateji hücum planlarının hazır vəziyyətə gətirildiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM”-in CNN-ə istinadən yaydığı məlumata əsasən, Birləşmiş Ştatların təhlükəsizlik strukturlarındakı iki yüksəksəviyyəli rəsmi mənbə Trampın müvafiq əmri olacağı təqdirdə zərbələrin 96 saat ərzində başlana biləcəyini bəyan edib.

Məlumatda vurğulanır ki, Birləşmiş Ştatların Yaxın Şərq və Fars körfəzi zonalarındakı hərbi qüvvələri və dəniz aviasiyası genişmiqyaslı hərbi əməliyyatları icra etmək üçün kifayət edəcək hərbi gücə malikdir. Mütəxəssislərin fikrincə, ABŞ-nin ehtimal olunan yeni müdaxiləsi yalnız mövcud status-kvonu və müdafiə rejimini qorumaqla məhdudlaşmayacaq, daha genişmiqyaslı strateji infrastrukturu hədəfə alacaq.

Keçmiş və hazırkı amerikalı rəsmilər Trampın hücum haqqında yekun qərarı ilin sonunadək istənilən an verə biləcəyini diqqətə çatdırırlar. Bildirilir ki, bu qərarın ABŞ-də keçiriləcək aralıq parlament seçkilərindən dərhal sonra elan olunması ehtimalı daha yüksəkdir. Bununla belə, mənbələr Trampın əvvəllər də analoji sert addımlara meyilli olduğunu, lakin son anda qərarı təxirə saldığını xatırladıblar.

CNN-in iki amerikalı rəsmi və bir İsrail təhlükəsizlik mənbəyinə istinadən verdiyi məlumata görə, İsrailin Baş naziri İrana qarşı dərhal birgə müttəfiq hücumlarının keçirilməsi üçün Vaşinqton rəhbərliyinə kəskin təzyiq göstərib. İsrailli mənbə Netanyahunun seçkilərə qədər İrana qarşı birgə əməliyyat keçirilməsi barədə Trampı razı salmağa çalışdığını, lakin Ağ Ev rəhbərinin buna "yaşıl işıq" yandırmadığını iddia edib.

Amerikalı rəsmilər Vaşinqtonun tam hazırlıq tədbirləri başa çatana qədər Tel-Əvivdən gözləməyi tələb etdiyini qeyd edirlər. İsrailin keçən həftə hərbi əməliyyatlara başlamaq ehtimalı fonunda ABŞ-dən hərbi-logistik dəstək istədiyi, lakin da daxil olmaqla yüksəkvəzifəli şəxslərin Tel-Əvivə təcələməməyi tövsiyə etdiyi və iki ölkənin yaxın gələcəkdə birgə koordinasiyalı addımlar atacağına eyham vurduğu bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…