Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin daha 90 gün uzadılmasını nəzərdə tutan qanun layihələrini Ali Radaya təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müvafiq sənədlər Ukrayna Ali Radasının rəsmi saytında dərc olunub.
Qanun layihələri əvvəlcə parlamentin müvafiq komitəsində müzakirə ediləcək, daha sonra deputatların səsverməsinə çıxarılacaq.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik Rusiyanın hərbi əməliyyatlara başlamasından sonra, 2022-ci il fevralın 24-də tətbiq olunub. Təklif olunan qərar bu rejimlərin 21-ci dəfə uzadılması olacaq. Hərbi vəziyyət və ümumi səfərbərliyin mütəmadi olaraq uzadılması səbəbindən Ukraynada parlament, prezident və yerli seçkilər keçirilmir.
Xatırladaq ki, Volodimir Zelenskinin prezident kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb.