Əsas məzmuna keç

Zelenski: Rusiya yeni səfərbərlik çərçivəsində 300 min əsgər toplaya bilər

Zelenski: Rusiya yeni səfərbərlik çərçivəsində 300 min əsgər toplaya bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın yaxın gələcəkdə yeni bir səfərbərlik dalğasına hazırlaşdığını və Donetsk bölgəsindəki hərbi əməliyyatları genişləndirməyi planlaşdırdığını bildirib.

en ru

Prezidenti Rusiyanın yaxın aylarda 300 minə yaxın yeni orduya cəlb etmək üçün elan edə biləcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Zelenskinin sözlərinə görə, yeni qüvvələrin əsas məqsədi ilin sonuna qədər vilayətinin işğalını tamamlamaq olacaq.

Ukrayna lideri Rusiyanın ilin əvvəlindən bəri təxminən 267 min nəfər şəxsi heyət itkisi verdiyini, onlardan 155 mininin öldüyünü iddia edib.

Zelenski həmçinin Rusiyanın Harkiv və Sumi vilayətlərinə doğru irəliləməyə cəhd göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Ukrayna Prezidenti hava hücumundan müdafiə sistemlərinin, xüsusilə “Patriot” raketlərinin tədarükünün azaldığını da bildirib. O, ölkənin müdafiə sənayesinin gücləndirildiyini və Böyük Britaniyanın “MBDA” şirkəti ilə əməkdaşlıq çərçivəsində “SCALP” raketlərinin Ukraynada istehsalının mümkünlüyünü qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…