Əsas məzmuna keç

ABŞ-nin İrana qarşı əməliyyatlarının dəyəri 47,1 milyard dollara çatıb

ABŞ-nin İrana qarşı əməliyyatlarının dəyəri 47,1 milyard dollara çatıb

ABŞ 28 fevral–16 oktyabr tarixlərində İrana qarşı əməliyyatlara təxminən 47,1 milyard dollar xərcləyib. Hərbi əməliyyatlar üçün əlavə 70 milyard dollarlıq büdcə tələb olunub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Birləşmiş Ştatların () Konqresinə Yaxın Şərqdə İrana karşı yürütülən hərbi əməliyyatların maliyyə xərcləri və maddi-texniki itkilərinə dair yenilənmiş rəsmi hesabat təqdim edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "The New York Times" qəzetinə istinadən yaydığı məlumata əsasən, Pentaqonun son altı həftəlik hesablamaları hərbi xərclərin kəskin artaraq daha 3,5 milyard dollar yüksəldiyini göstərib.

Rəsmi göstəricilərə görə, ABŞ 2026-cı il fevralın 28-dən oktyabrın 16-dək İrana qarşı həyata keçirilən hərbi əməliyyatlara ümumilikdə təxminən 47,1 milyard dollar xərcləyib. Bu maliyyə vəsaitinin 60 faizindən çoxu — nəqdi 29 milyard dolları zərbə bombaları, idarəolunan raketlər və digər ağır sursat ehtiyatlarının təminatına ayrılıb.

Sursat xərclərinin kəskin artması nəticəsində "Patriot" hava hücumundan müdafiə raketləri də daxil olmaqla, bir sıra strateji silahların arsenal ehtiyatları kritik həddə qədər azalıb. Yaranmış açığı bağlamaq üçün ABŞ komandanlığı Asiya və Avropadakı hərbi bazalarında dislokasiya olunan ehtiyat sursat qüvvələrini də Yaxın Şərq teatrına yönəltməyə məcbur qalıb.

Regionda 50 mindən çox hərbçi yerləşdirən Vaşinqton administrasiyası qoşun növləri üzrə maliyyə bölgüsünü belə təsnifatlandırıb:

Əməliyyat / Qoşun Növü

Ayrılan Maliyyə Vəsaiti

Sursat və raket təminatı

29,0 milyard $

Hərbi Hava Qüvvələri (Qırıcı və bombardmançı aviasiya)

7,6 milyard $

Texnika və təyyarələrin bərpası/əvəzlənməsi

6,1 milyard $

Quru Qoşunlarının fəaliyyəti

2,1 milyard $

Hərbi Dəniz Qüvvələri (20-dən çox gəmi və aviadaşıyıcılar)

1,5 milyard $

Xüsusi Əməliyyat Qüvvələri

645 milyon $

Logistika və avadanlıqların daşınması

92,2 milyon $

Tibb dəstəyi xidmətləri

24,5 milyon $

Kiberəməliyyatlar və informasiya təhlükəsizliyi

14,0 milyon $

Hərbi əməliyyatların gedişində 18 ABŞ hərbçisi həlak olub, 860-dan çox şəxsi heyət isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaranmış irimiqyaslı maliyyə yükünü qarşılamaq və yeni silah təminatını həyata keçirmək məqsədilə ABŞ administrasiyası Konqresdən əlavə 70 milyard dollarlıq fövqəladə hərbi büdcə ayrılmasını tələb edib.

Pentaqon məsələ ilə bağlı mətbuatın rəsmi şərh sorğularını hələlik cavablandırmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…