Əsas məzmuna keç

Ermənistan parlamenti TRIPP sazişini ratifikasiya edib

Ermənistan parlamenti TRIPP sazişini ratifikasiya edib

Sazişin lehinə 63, əleyhinə isə 32 deputat səs verib. TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçən tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.

en ru

parlamenti Sünik vilayətindən keçən “TRIPP” (Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu) marşrutu ilə bağlı çərçivə sazişini ratifikasiya edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədin lehinə 63, əleyhinə isə 32 deputat səs verib. Müxalifətdə olan “Güclü Ermənistan” və “Ermənistan” fraksiyaları sazişin əleyhinə çıxış ediblər.

Sənəd parlamentin xarici əlaqələr komissiyasından sonra plenar iclasda ətraflı müzakirə olunub. Müzakirələr zamanı çıxış edən və beynəlxalq ticarət naziri layihənin Bakı ilə sülh sazişi imzalanmazdan əvvəl də reallaşdırıla biləcəyini istisna etməyib. O bildirib ki, “TRIPP” və digər birgə təşəbbüslərin icrası özlüyündə Ermənistanla arasında sülh sazişinin imzalanması prosesinə müsbət töhfə verə bilər.

“TRIPP” (Trump Route for International Peace and Prosperity) layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin yalnız Ermənistanın yurisdiksiyası və suverenliyi çərçivəsində fəaliyyət göstərəcəyi vurğulanır.

Sazişə əsasən, Ermənistan ABŞ-yə marşrutun inkişafı üçün 99 ilədək müddətə müstəsna hüquqlar verir. Azərbaycan bu marşrut vasitəsilə Naxçıvanla quru əlaqəsi qurmağı hədəfləyir.

Layihə çərçivəsində yaradılacaq operator şirkətdə ABŞ-nin nəzarət payına (ilkin mərhələdə ABŞ — 74%, Ermənistan — 26%) malik olacağı, müddət uzadılacağı təqdirdə isə Ermənistanın payının 49%-ə qədər artırıla biləcəyi bildirilir.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı paraflanan çərçivə sazişi iyunun əvvəlində rəsmən imzalanmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…