Əsas məzmuna keç

TRIPP marşrutu ilə silah və sursat daşınması qadağan ediləcək

TRIPP marşrutu ilə silah və sursat daşınması qadağan ediləcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP marşrutu ilə silah, sursat və təhlükəli kimyəvi yüklərin daşınmasına icazə verilməyəcək. Bəzi yük kateqoriyaları üçün əvvəlcədən icazə alınması tələb olunacaq.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın naziri parlamentin xarici əlaqələr komissiyasının iclasında “TRIPP” (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə saziş layihəsini təqdim edərkən marşrut vasitəsilə silah və sursat daşınmasının qadağan olunacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Sputnik Armenia" agentliyinin yaydığı məlumata əsasən, A.Mirzoyan tranzit marşrutundan keçirilməsinə icazə verilməyəcək yüklərin xüsusi siyahısının hazırlandığını diqqətə çatdırıb.

XİN rəhbərinin sözlərinə görə, bu tür məhdudlaşdırıcı siyahılar beynəlxalq tranzit təcrübəsində geniş tətbiq olunur. Nazir vurğulayib ki, tərəfi ilə də qadağan olunmuş yüklərin — o cümlədən silah, hərbi sursat və təhlükəli kimyəvi maddələrin bu marşrutla daşınmaması barədə qarşılıqlı anlaşma mövcuddur. Müəyyən xüsusi kateqoriyalı yüklərin tranziti üçün isə əvvəlcədən rəsmi icazə mexanizmi tətbiq olunacaq.

Saziş layihəsi komissiyada keçirilən səsvermə nəticəsində bəyənilib və Ermənistan parlamentinin növbəti plenar iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, “TRIPP” — “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (Trump Route for International Peace and Prosperity) layihəsi Zəngəzur dəhlizi istiqamətində — Ermənistanın Qərbi Zəngəzur (Sünik) bölgəsindən keçən strateji nəqliyyat-logistika koridorunun yaradılmasını nəzərdə tutur. Layihənin hüquqi çərçivəsinə əsasən, marşrut Ermənistanın yurisdiksiyası altında fəaliyyət göstərəcək.

Azərbaycan Respublikası bu strateji marşrut vasitəsilə özünün ayrılmaz hissəsi olan Muxtar Respublikası ilə kəsintisiz və təhlükəsiz quru əlaqəsini təmin etməyi planlaşdırır.

Sazişə əsasən, Ermənistan marşrutun infrastruktur inkişafı və idarə olunması üçün Birləşmiş Ştatlara 99 ilədək müddətə eksklüziv hüquqlar təqdim edir. Dəhlizin istismarı üçün ABŞ-nin nəzarət payına sahib olacağı birgə operator şirkətin yaradılması nəzərdə tutulur. İlkin mərhələdə səhmlərin 74%-nin ABŞ-yə, 26%-nin isə Ermənistana məxsus olması, sazişin müddəti uzadılacağı təqdirdə İrəvanın payının 49%-dək artırılması planlaşdırılır.

Qeyd edək ki, bu ilin may ayının 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı tərəflər arasında çərçivə sazişi paraflanmış, iyun ayının əvvəlində isə rəsmən imzalanmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…