Əsas məzmuna keç

Mirzoyan Nasimi Musayevin Azərbaycana qaytarılması barədə danışıb

Mirzoyan Nasimi Musayevin Azərbaycana qaytarılması barədə danışıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Nasimi Musayevin Azərbaycana sadəcə təhvil verilməsi mümkün deyil, çünki cinayət törədilib. O, hərbçinin sərhədi qəsdən keçib-keçmədiyi barədə məlumatı olmadığını deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın naziri parlamentdə jurnalistlərə açıqlamasında Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin saxlanılması və geri qaytarılması proseduru ilə bağlı İrəvanın rəsmi mövqeyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Sputnik Armenia" agentliyinin yaydığı məlumata əsasən, Mirzoyan Azərbaycan hərbçisinin ərazisinə hansı şəraitdə daxil olmasından asılı olmayaraq, dərhal və birbaşa təhvil verilməsinin mümkün olmadığını, hüquqi proseslərin gözlənilməli olduğunu iddia edib.

Ermənistan XİN rəhbəri bildirib ki, hərbçinin yolu ehtiyatsızlıqdan azıb-azmaması məsələsindən asılı olmayaraq, qarşı tərəf hadisəyə hüquqi müstəvidə yanaşır:

“Onun yolu azıb-azmamasından asılı olmayaraq, cinayət törədildiyi iddia olunur və bu amil vəziyyəti hüquqi baxımdan dəyişdirir. Bütün istintaq və hüquqi prosedurlara tam əməl olunmalıdır”, – deyə Mirzoyan iddia edib.

Eyni zamanda nazir hərbi qulluqçunun sərhəd xəttini qəsdən keçməsi və ya hərbi hissəni özbaşına tərk etməsi barədə dəqiq məlumata malik olmadığını bildirib.

Sərhədi ehtiyatsızlıqdan keçən mülki şəxslər (çobanlar) və yolu azmış hərbçilərlə bağlı halları şərh edən A.Mirzoyan, Azərbaycan və Ermənistan arasında bu cür şəxslərin qarşılıqlı humanitar əsasda qaytarılması barədə xoşməramlı razılaşmanın olduğunu diqqətə çatdırıb:

“Mən də mətbuatda yolu azmış çoban barədə məlumatları izləmişəm. Ermənistan tərəfdən də zaman-zaman hərbçilər və ya çobanlar istiqaməti itirərək qarşı tərəfə keçirlər. Tərəflər arasında bu tür halların həlli üçün konstruktiv şəraitdə qarşılıqlı mübadilə və təhvil-təslim razılaşması mövcuddur və bu mexanizm hərbi əsirlərin mübadiləsi prosesi ilə bağlamır. Ümid edirik ki, bu humanitar razılaşma gələcəkdə də fəaliyyət göstərəcək”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, bu, son bir ay ərzində sərhəd xəttində qeydə alınan ikinci analoji haldır. Sentyabrın sonunda Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin və ya istiqaməti itirmə səbəbindən şərti sərhədi keçərək Qərbi Zəngəzurun (Sünik) Qarakilsə (Sisian) rayonunun Şəki kəndinə keçdiyi bildirilmişdi. Ermənistan hüquq-mühafizə organları hərbçinin yerli sakin Ani Avetisyanla yaşanan insident zamanı saxlanıldığını və barəsində həbs qətimkan tədbirinin seçildiyini bəyan ediblər.

Bununla yanaşı, oktyabr ayında Tovuz rayonunun Çatax kənd sakini olan azərbaycanlı çobanın da ehtiyatsızlıqdan şərti sərhəd xəttini keçərək qarşı tərəfə düşdüyü bildirilir. Ermənistanın Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı araşdırmaların aparıldığını diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…