Əsas məzmuna keç

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib

Çoban Tavuş vilayətinin Çınari kəndi istiqamətində sərhədi keçib və ilkin məlumata görə, hərbi polis tərəfindən saxlanılıb.

en ru

Azərbaycanlı çobanın ərazisinə keçdiyi iddia olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.

“Əldə etdiyimiz məlumata görə, həmin şəxs aşkar edilib və hazırda Berd şəhərinin hərbi polisində saxlanılır”, - məlumatda deyilir.

Ermənistan yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.

Tavuş rayonunun icma rəhbərlərindən biri isə məsələ barədə eşitdiyini, lakin dəqiq məlumata sahib olmadığını söyləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…