Əsas məzmuna keç

Paşinyan: Ermənistanın KTMT-yə marağı qalmayıb

Paşinyan: Ermənistanın KTMT-yə marağı qalmayıb

Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakına marağının tükəndiyini bildirib. İrəvan təşkilata tamhüquqlu iştirakın bərpası perspektivini görmür.

en ru

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etməkdə artıq maraqlı deyil.

“Operativ Məlumat Mərkəzi-OMM” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir hökumətin iclasından sonra keçirdiyi brifinqdə bildirib. Paşinyan ölkəsinin KTMT ilə bağlı maraqlarının tamamilə tükəndiyini vurğulayıb.

Öz növbəsində naziri parlamentdəki brifinqdə İrəvanın təşkilatda tamhüquqlu iştirakın bərpası üçün heç bir perspektiv görmədiyini qeyd edib. Nazir Ermənistanın KTMT-dəki iştirakını çoxdan dondurduğunu xatırladıb.

Xatırladaq ki, KTMT-nin Talaatbek Masadıkov noyabrın 11-də keçiriləcək sammitdə təşkilatın nizamnaməsinin 25-ci maddəsinin Ermənistana tətbiqi məsələsinə baxıla biləcəyini açıqlayıb. Həmin maddə iki ildən artıq müddətdə üzvlük haqlarını ödəməyən dövlətlərin səsvermə və namizəd irəli sürmək hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur. Ermənistan 2024-cü ildən təşkilatda iştirakını dondurduğunu elan edərək üzvlük haqlarının ödənişini dayandırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…