Əsas məzmuna keç

Məzuniyyətə çıxmaq məcburi olacaq

Məzuniyyətə çıxmaq məcburi olacaq

Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə...

en ru

Əmək məzuniyyətinin müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 günü) kompensasiya ilə əvəz olunması qadağan edilir.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə hal istisna olmaqla ( zamanı kompensasiyanın ödənilməsi), əmək məzuniyyətinin Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunmasının qadağan edilməsi təklif olunur. Eyni zamanda sözügedən layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa keçirilməsi ilə bağlı anlayışa aydınlıq gətirilir, əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları geniş və dəqiq təsbit olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…