Əsas məzmuna keç

Minimum əməkhaqqı artımı maaşlara necə təsir edəcək? - Deputat AÇIQLADI

Minimum əməkhaqqı artımı maaşlara necə təsir edəcək? - Deputat AÇIQLADI

Milli Məclisin deputatı 2027-ci ilə qədər orta aylıq əməkhaqqının 1300 manata çatacağını və Nazirlər Kabinetinin yeni qərarı ilə maaşların artacağını bildirib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Gələn ildən gözlənilən əməkhaqqı ölkənin sosial-iqtisadi həyatında mühüm yeniliklərdən biri kimi dəyərləndirilir. Minimum əməkhaqqının qaldırılması yalnız ən aşağı maaş alan şəxslərin deyil, ümumilikdə əmək bazarının, dövlət sektorunun və ölkə üzrə orta aylıq əməkhaqqı göstəricilərinin dinamikasına birbaşa təsir göstərir.

Bəs gözlənilən minimum əməkhaqqı artımı hansı işçi kateqoriyalarını əhatə edəcək və bu dəyişiklik özəl sektorda çalışanların gəlirlərinə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqına necə yansıyacaq?

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, minimum əməkhaqqının artırılması ölkə üzrə orta aylıq əməkhaqqı məbləğinə birbaşa təsir göstərəcək:

"Praktik olaraq minimum əməkhaqqının artırılması 700 mindən artıq vətəndaşımızın maaşlarında artımlarla müşahidə olunacaq. Bu da orta aylıq əməkhaqqı artımına təsir göstərən əsas faktorlardan biridir. Nəzərə alsaq ki, minimum əməkhaqqı artırıldıqdan sonra dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan vətəndaşlarımızın və digər kateqoriyaların maaşlarının artırılması ilə bağlı müvafiq qərar qəbul edəcək. Bu qərar minimum əməkhaqqından daha yüksək maaş alan, lakin dövlət qulluqçusu statutu taşımayan işçilərin də məvaciblərində artımlara gətirib çıxaracaq".

Minimum əməkhaqqı artımı maaşlara necə təsir edəcək? - Deputat AÇIQLADI

Deputat ölkə üzrə orta aylıq əməkhaqqının artım dinamikası və gələcək proqnozlar barədə də diqqətəçəkən rəqəmlər səsləndirdi:

"O baxımdan gözlənti ondan ibarətdir ki, növbəti ildə minimum əməkhaqqındakı artımlar birmənalı şəkildə orta aylıq əməkhaqqı məbləğinə təsir göstərəcək və 2027-ci ildə də bu artım dinamikası devam edəcək. İlkin gözləntilərə görə, növbəti il orta aylıq əməkhaqqı məbləği 1300 manata yaxınlaşacaq. Bu da son illər müşahidə olunan artım tempinin davam etməsi anlamına gəlir. Hətta 2030-cu ilədək orta aylıq əməkhaqqı məbləğinin 1600 manata çatması proqnozlaşdırılır".

Milli Məclisin üzvü İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial qanunvericilik islahatlarının vacibliyini vurğuladı:

"Minimum əməkhaqqının artırılması və ümumilikdə əməkhaqqı artımları vətəndaşlarımızın sosial təminatı və rifahının güclənməsi baxımından çox vacibdir. Xüsusilə də nisbətən az əməkhaqqı alan vətəndaşlarımızın gəlirlərinin artırılması əsas prioritetdir. Ona görə də cənab prezident tərəfindən imzalanmış Əmək Məcəlləsinə edilən dəyişikliklərdən sonra minimum əməkhaqqı məbləğinə ildə en azı bir dəfə baxılması nəzərdə tutulub. Bu da minimum əməkhaqqı və ümumi əməkhaqqı məbləğindəki artımların davamlı və mütəmadi olacağından xəbər verir".

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…