Əsas məzmuna keç

700 mindən çox vətəndaşın ƏMƏKHAQQISI ARTACAQ - Bu tarixdən

700 mindən çox vətəndaşın ƏMƏKHAQQISI ARTACAQ - Bu tarixdən

millət vəkili Vüqar Bayramovun sözlərinə görə, növbəti ilin dövlət büdcəsində minimum əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulacağı...

en ru

Azərbaycanda əməkhaqqının 2027-ci ildə artırılması məsələsi gündəmə gəlib. Ötən il Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə ən azı bir dəfə yenidən baxılması müəyyənləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" İTV-yə istinadən xəbər verir ki, millət vəkili Bayramovun sözlərinə görə, növbəti ilin dövlət büdcəsində minimum əməkhaqqının artırılması üçün vəsait nəzərdə tutulacağı gözlənilir.

Artım 700 mindən çox vətəndaşı əhatə edə bilər

Vüqar bildirib ki, minimum əməkhaqqı artırıldıqdan sonra dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan şəxslərin vəzifə maaşlarının da uyğunlaşdırılması gözlənilir.

Onun sözlərinə görə, bu halda 2027-ci ildə minimum əməkhaqqında gözlənilən dəyişikliklər 700 mindən çox vətəndaşa təsir göstərə bilər.

Deputat qeyd edib ki, söhbət yalnız minimum əməkhaqqı alan şəxslərdən getmir. Dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşların vəzifə maaşlarında da artım baş verə bilər.

Bu dəyişikliklərin nəticəsində minimum əməkhaqqının artırılması həm orta aylıq əməkhaqqının yüksəlməsinə, həm də Nazirlər Kabinetinin qərarı ilə vəzifə maaşları müəyyənləşdirilən şəxslərin gəlirlərinə təsir göstərə bilər.

Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb | İqtisadiyyat.az

Minimum əməkhaqqı necə müəyyənləşdirilməlidir?

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı yalnız artım məsələsinə deyil, bir sıra iqtisadi göstəricilərə də diqqət yetirilməlidir.

Onun sözlərinə görə, qərar qəbul edilərkən iqtisadi artım və inkişaf, məşğulluğun vəziyyəti, əmək məhsuldarlığı, orta aylıq əməkhaqqının dinamikası və mövcud səviyyəsi, həmçinin manatın alıcılıq qabiliyyəti və inflyasiya nəzərə alınmalıdır.

İqtisadçı xüsusilə əmək məhsuldarlığının səviyyəsinin əsas göstəricilərdən biri olduğunu vurğulayıb.

Yekun məbləğ nə vaxt məlum olacaq?

Ekspertlər bildirirlər ki, yeni minimum əməkhaqqı müəyyənləşdirilərkən həm işçilərin gəlirlərinin qorunması, həm də işəgötürənlərin üzərinə düşəcək maliyyə yükü nəzərə alınmalıdır.

2027-ci il üçün minimum əməkhaqqının konkret məbləğinin isə dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı dəqiqləşdirilməsi gözlənilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…