Əsas məzmuna keç

Azərbaycanda istilik nə vaxt veriləcək? - Tarixlər açıqlandı

Azərbaycanda istilik nə vaxt veriləcək? - Tarixlər açıqlandı

Azərbaycanda 2026-2027-ci illər üzrə payız-qış istilik mövsümünün başlanma tarixləri açıqlanıb."Azəristiliktəchizat” ASC-dən verilən məlumata görə,...

en ru
Azərbaycanda 2026-2027-ci illər üzrə payız-qış mövsümünün başlanma tarixləri açıqlanıb.
"Azəristiliktəchizat” ASC-dən verilən məlumata görə, Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli, 128 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, şəhərində və respublikanın əksər ərazilərində istilik noyabrın 15-də başlayacaq və aprelin 15-dək davam edəcək.
Ölkənin bəzi şəhər və rayonlarında isə istilik mövsümü noyabrın 1-dən mayın 1-dək nəzərdə tutulub.
Bu ərazilərə Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala daxildir.
Qurumdan bildirilib ki, istilik mövsümünün başlanması barədə istehlakçılara 10 gün əvvəl rəsmi internet səhifəsi, kütləvi informasiya vasitələri, eləcə də yaşayış binalarının girişlərində yerləşdirilən elanlar vasitəsilə məlumat veriləcək.
Qeyd olunub ki, hava şəraitindən və mövsümə hazırlıq vəziyyətindən asılı olaraq istisna hallarda istilik mövsümünün başlanma tarixi dəyişdirilə bilər. Lakin bunun üçün havanın ayrı-ayrı günlərdə soyuq keçməsi deyil, temperaturun davamlı və ciddi şəkildə aşağı düşməsi əsas götürülməlidir.
Belə qərarlar müvafiq dövlət orqanları məlumatlandırılmaqla qəbul ediləcək. (Azxəbər)

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…