Əsas məzmuna keç

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər – Hansı sahələri əhatə edəcək?

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər – Hansı sahələri əhatə edəcək?

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi yeni iş imkanları yarada və əmək bazarında çevik məşğulluğu təşviq edə bilər. Bunu deputat Musa Quliyev...

en ru

Azərbaycanda əməkhaqqı sisteminin tətbiqi yeni iş imkanları yarada və əmək bazarında çevik məşğulluğu təşviq edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

Deputatın sözlərinə görə, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət xidməti, daşıma xidmətləri və informasiya texnologiyaları sektorlarında çalışanların əməyinin ödənilməsində daha ədalətli yanaşmanı təmin edə bilər.

O bildirib ki, bu sistem azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdırmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə də kömək edə bilər.

Musa Quliyev qeyd edib ki, saatlıq əməkhaqqının minimum məbləği minimum aylıq əməkhaqqının bir saata düşən məbləğindən az ola bilməz.

Deputatın sözlərinə görə, saatlıq əməkhaqqı sisteminin tətbiq ediləcəyi iqtisadi fəaliyyət sahələrinin siyahısını müəyyənləşdirəcək.

Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əməkhaqqı sistemindən istifadə ediləcək.

Onun fikrincə, yeni mexanizm əmək münasibətlərində şəffaflığın artırılmasına, işçilərin hüquqlarının qorunmasına və daha çevik məşğulluq imkanlarının yaradılmasına xidmət edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…