Əsas məzmuna keç

“New York Times”: Skott Bessent təhlükəsizlik səbəbilə hərbi bazaya köçüb

“New York Times”: Skott Bessent təhlükəsizlik səbəbilə hərbi bazaya köçüb

ABŞ maliyyə naziri Skott Bessent İrandan gələn təhdidlərə dair məlumatlardan sonra Vaşinqtondakı evindən ayrılaraq hərbi bazada məskunlaşıb. “New York Times” yazır ki, ABŞ rəsmiləri İranın amerikalı hazırkı və keçmiş rəsmilərə qarşı planlarının yeni mərhələyə keçdiyi qənaətinə gəliblər.

en ru

maliyyə naziri Skott Bessentin İran tərəfindən gələn ciddi sui-qəsd təhdidləri səbəbindən Vaşinqtondakı şəxsi evini tərk edərək hərbi bazaya köçdüyü məlum olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "New York Times" qəzeti mövzuya yaxın mənbələrə söykənərək məlumat yayıb.

Kəşfiyyat məlumatlarına əsaslanan ABŞ rəsmiləri İranın hazırkı və keçmiş amerikalı rəsmilərə qarşı sui-qəsd planlarının yeni və daha təhlükəli fazaya keçdiyi qənaətinə gəliblər. Məhz Bessentə qarşı təhdidlərin artması fonunda onun təhlükəsizlik baxımından hərbi bazaya yerləşdirildiyi bildirilir.

Mövzu ilə bağlı açıqlama verən ABŞ rəsmisi təhdidin nə dərəcədə konkret olduğunu açıqlamasa da, İranın həm ABŞ ərazisində, həm də xaricdə hücum etmək imkanlarının kifayət qədər məhdud olduğunu vurğulayıb.

ABŞ Maliyyə Nazirliyinin sözçüsü isə "New York Times"a bəyan edib ki, Bessent İran rejiminin heç bir təhdidindən geri çəkilməyəcək və Tehran iqtisadiyyatına qarşı maksimum təzyiq kampaniyasını qətiyyətlə davam etdirəcək.

Qeyd edək ki, bu, administrasiyasında baş verən ilk analoji hal deyil. İranın artan təhdidləri fonunda təhlükəsizlik tədbirləri çərçivəsində daha əvvəl Trampın Aparat rəhbəri Stiven Miller (Stephen Miller) və keçmiş ədliyyə naziri Pem Bondi (Pam Bondi) də yaşadıqları evləri tərk edərək mühafizə olunan xüsusi obyektlərə köçürülüblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…