Əsas məzmuna keç

ABŞ İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyata başlayır

ABŞ İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyata başlayır

ABŞ Maliyyə naziri Skott Bessent Vaşinqtonun Tehranla qarşıdurmada həlledici mərhələyə qədəm qoyduğunu bəyan edib.

en ru

ABŞ İrana qarşı tarixinin ən böyük maliyyə hücumlarından birini başladıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ-nin maliyyə naziri “ Times” nəşrində dərc olunan məqaləsində Vaşinqtonun İranla münaqişədə son mərhələyə daxil olduğunu açıqlayıb.

ABŞ Prezidenti Trampın rəhbərliyi altında Amerika silahlı qüvvələrinin İranın hərbi potensialına və nüvə proqramına ciddi zərbələr endirdiyini bildirib.

Məlumata görə, avqustun 24-də səhər saatlarından etibarən ABŞ İrana qarşı genişmiqyaslı maliyyə təzyiqi kampaniyasına başlayıb. Nazir bu addımı Vaşinqtonun Tehrana qarşı mübarizəsinin kulminasiya nöqtəsi kimi qiymətləndirərək prosesi “iqtisadi D günü” adlandırıb.

Digər tərəfdən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hoseyn Mohabbi Tehranın ABŞ-nin istənilən düşmən hərəkətinə qarşı hazır planının olduğunu açıqlayıb.

İran tərəfi yeni sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək məqsədilə xüsusi ssenarilər hazırladığını da bildirib.

Xatırladaq ki, daha əvvəl İrana qarşı yeni və “dağıdıcı” iqtisadi əməliyyatın başladığını elan etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…