Əsas məzmuna keç

NİİM-dən sükan arxasında canlı yayım edən sürücülərə çağırış

NİİM-dən sükan arxasında canlı yayım edən sürücülərə çağırış

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtomobil idarə edərkən TikTok-da canlı yayım açan sürücülərə müraciət edib. Bu barədə “Operativ Məlumat...

en ru

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) idarə edərkən TikTok-da açan sürücülərə müraciət edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə qurumdan məlumat verilib.

Bildirilib ki, son dövrlər avtomobil idarə etdiyi zaman mobil telefondan istifadə edən, sosial şəbəkəsinə daxil olaraq canlı yayımlar açan sürücülərə rast gəlinir:

"Paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin sürücü diqqətsizliyi olduğunu nəzərə alsaq, sükan arxasında bu cür davranışların göstərilməsi təhlükəlidir.

Hərəkət zamanı mütəmadi olaraq sürücünün diqqətinin yola yox, mobil telefona, sosial şəbəkələrə və canlı yayıma yönəlməsi qəza riskini artırır. Elə müşahidə kameralarının qeydə aldığı bir neçə yol-nəqliyyat hadisəsinin təhlili də onu deməyə əsas verir ki, bəzi qəzalar məhz sürücünün diqqətinin yayınması nəticəsində baş verib.

Belə sürücülər bilməlidirlər ki, onların sosial şəbəkələrdə izləyici toplamaq, bəyənmə qazanmaq və ya populyarlıq əldə etmək istəyi digər hərəkət iştirakçılarının həyatına son qoya və ağır xəsarət almasına səbəb ola bilər".

Qeyd edilənləri nəzərə alaraq, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hər bir sürücünü yollarda məsuliyyətli və diqqətli olmağa çağırır.

Canlı TV

  1. ▶ İctimai TV Serial: "Braziliya prospekti"
  2. ▶ CBC Sport
  3. ▶ Xəzər TV İNCƏ SƏHƏR - CANLI
  4. ▶ ARB 24

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…