Əsas məzmuna keç

NİİM Hava Limanı yolundakı yeni texniki qurğulara aydınlıq gətirdi

NİİM Hava Limanı yolundakı yeni texniki qurğulara aydınlıq gətirdi

Bakı Beynəlxalq Hava Limanı istiqamətində quraşdırılan kameralar sürücüləri niyə narahat edir? Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi cərimələri açıqladı.

en ru

Sosial şəbəkələrdə avtomobilləri arxadan çəkən və guya sürət həddinin pozulmasını müəyyən edən cihazlarla bağlı görüntülər yayılıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, görüntülərdə əks olunan qurğu sürətölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur:

"Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur".

Qeyd edək ki, "Beton yol" kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.

Sosial şəbəkələrdə yolda yeni radarın digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkdiyi iddia olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…