Əsas məzmuna keç

DYP piyadalara xəbərdarlıq etdi: Qaydaları pozmaq qəzalara yol açır

DYP piyadalara xəbərdarlıq etdi: Qaydaları pozmaq qəzalara yol açır

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi: Piyadaların qayda pozuntuları ağır qəzalara yol açır. Məsuliyyəti necə bölməli?

en ru

Yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsinin (BDYP) piyadalara müraciətində qeyd edilib.

Təəssüflə bildirilib ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması yol-nəqliyyat hadisələri ilə nəticələnir:

"Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır".

Vurğulanıb ki, xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir:

" vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.

Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…