Əsas məzmuna keç

Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu

Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu

Binəqədidə Hyundai markalı maşını uşağa sürdürən Telman Rüstəmov DYP tərəfindən cəzalandırıldı. Sosial mediada yayılan videonun təfərrüatı və polisin xəbərdarlığı:

en ru

Kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada videogörüntü araşdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət İdarəsindən bildirilib.

Araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi, “” markalı avtomobilin sürücüsü Telman Rüstəmovun vasitəsinin idarə edilməsini azyaşlıya həvalə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb olunur ki, bu kimi hallara qətiyyən yol verməsinlər", məlumatda deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…