Əsas məzmuna keç

Tanınmış tiktoker HƏBS EDİLDİ - Söyüşə görə - FOTO

Tanınmış tiktoker HƏBS EDİLDİ - Söyüşə görə - FOTO

“TikTok” sosial şəbəkəsində canlı yayım zamanı nalayiq ifadələr işlədən tiktoker barəsində inzibati tədbir görülüb."Operativ Məlumat Mərkəzi-OMM"-in ötən...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“” sosial şəbəkəsində canlı yayım zamanı ifadələr işlədən tiktoker barəsində inzibati tədbir görülüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in ötən gün yaydığı məlumatda “raufizm” və “7_muxammed_7” adlı bloqerlərin canlı yayım zamanı bir-birinə qarşı nalayiq ifadələr işlətməsi barədə məlumat verilmişdi. Məlumatda belə yayımların uşaqlar və yeniyetmələr üçün də açıq olduğu diqqətə çatdırılmışdı.

Belə ki, Nəsibov Məhəmməd Hüseyn oğlu “TikTok” sosial şəbəkəsində özünə məxsus “7_muxammed_7” adlı səhifədə canlı yayım zamanı digər bloqerlərlə söhbətində nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

Məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən dərhal nəzarətə götürülüb.

d4ec984aa52dc507.webp

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, bu əməlinə görə, o, əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Bir neçə dəqiqə əvvəl məhkəmənin qərarı ilə M.Nəsibov 10 sutka müddətinə inzibati qaydada edilib.

Beləliklə, saytımızın ötən gün diqqətə çatdırdığı “TikTok” yayımındakı nalayiq ifadələrlə bağlı məsələyə hüquqi qiymət verilib və yayımın iştirakçılarından biri barəsində inzibati tədbir görülüb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…