Əsas məzmuna keç

Fransada məktəbləri mühasirəyə alan tələbələrə polis müdaxilə edib

Fransada məktəbləri mühasirəyə alan tələbələrə polis müdaxilə edib

Tələbələr hökumətin təhsil sahəsindəki öhdəliklərini yetərsiz hesab edərək bir sıra şəhərlərdə lisey və universitetlərin girişlərini bağlayıblar. Paris və Bordoda polis aksiyaçılara müdaxilə edib.

en ru

Həmkarlar ittifaqlarının ümumi tətil çağırışı etdiyi Fransada hökumətin təhsil sahəsindəki öhdəliklərini yetərsiz hesab edən tələbələrin lisey və universitetlərdə keçirdiyi mühasirə aksiyaları bir sıra şəhərlərdə genişlənir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Parisdəki Panthéon-Assas Universitetinin girişini zibil qabları və barrikadalarla bağlayan tələbələr hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə ərazidən uzaqlaşdırılıb.

Paytaxtın Victor Hugo, Sophie Germain, Claude Monet, Hélène Boucher və Simone Weil liseyləri də daxil olmaqla, bir çox təhsil müəssisəsində oxşar aksiyalar davam edir. Bordo şəhərindəki Camille Jullian Liseyinin qarşısında zəncir yaradaraq aksiya keçirmək istəyən nümayişçilərə də müdaxilə edib. və Bordo ilə yanaşı, Renn və Lill şəhərləri də etirazların əsas mərkəzləri sırasındadır.

Xatırladaq ki, Fransada lisey şagirdləri sentyabrın 17-dən təhsil şəraitinin yaxşılaşdırılması, məktəblərə maliyyə ayrılması və müəllim heyətinin artırılması tələbi ilə aksiyalar keçirirlər. Hökumətlə danışıqlar zamanı səngiyən etirazlar verilən öhdəliklərin yetərsiz hesab edilməsindən sonra yenidən şiddətlənib. Universitet tələbələri və həmkarlar ittifaqlarının da qoşulduğu 1,5 aydır davam edən aksiyalar zamanı təxminən 8 min nəfər saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…