Əsas məzmuna keç

Pensiya və əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR: Gələn ildən YENİ QAYDA olacaq

Pensiya və əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR: Gələn ildən YENİ QAYDA olacaq

bu yanaşmanın 2027-ci ildən ilk dəfə tətbiq ediləcəyi gözlənilir. Yeni mexanizmin minimum əməkhaqqının mütəmadi nəzərdən keçirilməsinə imkan verəcəyi və...

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılması qaydasının 2027-ci ildən tətbiqi gözlənilir.
  • Minimum əməkhaqqındakı artımın 700 mindən çox vətəndaşa təsir göstərəcəyi gözlənilir; məbləğ açıqlanmayıb.
  • Yanvardan pensiya indeksləşdirilməsi nəzərdə tutulur; təxminən 1 milyon 100 min nəfəri əhatə edə bilər.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Gələn ildən Azərbaycanda əməkhaqqının artırılması ilə bağlı yeni yanaşmanın tətbiq edilməsi gözlənilir. Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə yenidən baxılmalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu yanaşmanın 2027-ci ildən ilk dəfə tətbiq ediləcəyi gözlənilir. Yeni mexanizmin minimum əməkhaqqının mütəmadi nəzərdən keçirilməsinə imkan verəcəyi və bunun yeni sosial paketin əsas istiqamətlərindən biri ola biləcəyi bildirilir.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

700 mindən çox vətəndaşa şamil edilə bilər

2027-ci ilin dövlət büdcəsinin sosial istiqamətə yönəldilən xərclərinin də artırılması gözlənilir.

İlkin təqdim olunan rəsmi rəqəmlərə əsasən, gələn il dövlət büdcəsi xərclərinin təxminən 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur. Bu isə təxminən 18 milyard manat vəsait deməkdir.

Mütəxəssislərin fikrincə, sosial xərclərin artması əməkhaqqı və digər sosial ödənişlər üzrə artımların həyata keçirilməsi üçün maliyyə imkanlarını genişləndirə bilər.

Minimum əməkhaqqında artımın isə 700 mindən çox vətəndaşa təsir göstərəcəyi gözlənilir.

Pensiyalar da yeni qayda ilə indeksləşdirilə bilər

Gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması da nəzərdə tutulur.

Bu dəyişiklik təxminən 1 milyon 100 min vətəndaşı əhatə edə bilər.

Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, pensiyaların indeksləşdirilməsində diferensial yanaşmanın tətbiqi gözlənilir.

Hazırda pensiyaların indeksləşdirilməsi əvvəlki ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun həyata keçirilir. Yeni yanaşmada isə indeksləşdirmənin pensiya kapitalının həcmi nəzərə alınmaqla fərdi qaydada aparılması təklif olunur.

Bu halda pensiya kapitalı daha yüksək olan şəxslərin pensiyalarında artımın da fərqli hesablanması mümkün olacaq.

Özəl sektorda maaşlara da təsir edə bilər

Minimum əməkhaqqının artırılması yalnız bu məbləğdə maaş alan şəxslərə deyil, əməkhaqqı sistemi baxımından digər çalışanlara da təsir göstərə bilər.

Belə ki, minimum əməkhaqqının yüksəldilməsi dövlət sektorunda müəyyən vəzifələr üzrə əməkhaqlarının artırılmasını zəruri edə, özəl sektorda isə əməkhaqqı səviyyəsinə təsir göstərə bilər.

Bununla yanaşı, konkret minimum əməkhaqqı məbləğinin nə qədər artırılacağı hələlik açıqlanmayıb. Yekun rəqəmin 2027-ci ilin dövlət büdcəsi müzakirələri çərçivəsində müəyyənləşdirilməsi gözlənilir.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…