Əsas məzmuna keç

Bilalhəbaşi Nəzərov U-23 Avropa çempionatında medalı təmin etdi

Bilalhəbaşi Nəzərov U-23 Avropa çempionatında medalı təmin etdi
— Foto: idman.biz

Azərbaycan boksçusu 50 kq çəki dərəcəsində yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib.

en ru

boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

50 kq çəki dərəcəsində mübarizə aparan Nəzərov 1/4 finalda Çexiya təmsilçisi Filip Horvatla qarşılaşıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb və ən azı bürünc medalı təmin edib.

Daha əvvəl Azərbaycan boksçuları Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) də yarımfinala yüksələrək azı bürünc medalı təmin ediblər.

39 ölkədən 276 idmançının qatıldığı U-23 Avropa çempionatı noyabrın 24-də başa çatacaq.

Kontekst

Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində start götürən U-23 Avropa çempionatında Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…