Əsas məzmuna keç

Səbuhi Əlizadə Ermənistan boksçusunu diskvalifikasiya ilə məğlub etdi

Səbuhi Əlizadə Ermənistan boksçusunu diskvalifikasiya ilə məğlub etdi
— Foto: idman.biz

Azərbaycan boksçusu U-23 Avropa çempionatının 1/8 finalında İşxan Hovsepyanı mübarizədən kənarlaşdırıb. Əlizadə 1/4 finalda bolqarıstanlı Kiril Georgiyevlə qarşılaşacaq.

en ru

boksçusu Səbuhi Əlizadə Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatına qələbə ilə başlayıb.

90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Əlizadə 1/8 finalda təmsilçisi İşxan Hovsepyanla üz-üzə gəlib. Döyüş zamanı üç xəbərdarlıq alan Hovsepyan diskvalifikasiya olunub və Azərbaycan boksçusu qalib elan edilib.

Əlizadə bununla səkkiz ən güclü boksçu sırasına yüksəlib. O, 1/4 finalda bolqarıstanlı Kiril Georgiyevlə qarşılaşacaq. Rəsmi yarış cədvəlinə əsasən, döyüş noyabrın 20-də keçiriləcək.

39 ölkədən 276 idmançının iştirak etdiyi çempionat noyabrın 24-də başa çatacaq. Azərbaycan millisi turnirdə yeddi boksçu ilə təmsil olunur.

Kontekst

Noyabrın 13-də yayılan məlumata görə, Azərbaycan millisi U-23 Avropa çempionatında yeddi boksçu ilə yarışacaqdı. Noyabrın 16-da isə turnirin püşkatmasında Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…