Əsas məzmuna keç

“Sabah”a het-trik edən Cey Cey Qabriel “Mançester Yunayted”dən ayrıldı

“Sabah”a het-trik edən Cey Cey Qabriel “Mançester Yunayted”dən ayrıldı
— Foto: idman.biz

16 yaşlı hücumçu sosial şəbəkədə paylaşdığı vida videosunda İngiltərə klubundan ayrıldığını açıqlayıb. Onun karyerasını “Real Madrid”də davam etdirəcəyi gözlənilir, lakin keçid hələ rəsmiləşməyib.

en ru

“Sabah”a qarşı üç qol vurması ilə yadda qalan 16 yaşlı Cey Cey Qabriel “”dən ayrılıb. Gənc hücumçu hesabında paylaşdığı vida videosunda klubla yollarını ayırdığını açıqlayıb.

Qabriel ona dəstək olan məşqçilərə, klub əməkdaşlarına və komanda yoldaşlarına təşəkkür edib. O bildirib ki, karyerasında yeni səhifə açsa da, “Mançester Yunayted” həmişə həyat hekayəsinin bir hissəsi olaraq qalacaq.

Futbolçu 2020-ci ildə klubun akademiyasına qoşulub. O, sentyabrda rəhbərliyə komandadan ayrılmaq istədiyini çatdırıb. “Mançester Yunayted” onu klubda saxlamağa çalışsa da, Qabriel qərarını dəyişməyib.

Hücumçunun karyerasını “”də davam etdirəcəyi gözlənilir. Madrid klubu transferdə əsas favorit hesab olunur, amma keçid hələ rəsmiləşməyib.

Qeyd edək ki, Qabriel sentyabrın 10-da UEFA Gənclər Liqasının ümumi mərhələsində “Sabah”a qarşı het-trik edib. “Mançester Yunayted”in U-19 komandası həmin görüşdə təmsilçisinə 5:0 hesabı ilə qalib gəlib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…