Azərbaycan millisi boks üzrə U-23 Avropa çempionatında yeddi idmançı ilə mübarizə aparacaq. Yarış noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində start götürəcək və doqquz gün davam edəcək.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə turnirdə Bilalhəbaşi Nəzərovun (50 kq), Zidan Hünbətovun (55 kq), Məhəmmədəli Aşırəliyevin (60 kq), Əli Abdullayevin (65 kq), Nicat Alırzayevin (70 kq), Abbasqulu Şadlinskiyin (75 kq) və Səbuhi Əlizadənin (+90 kq) çıxışına güvənəcəklər.
Azərbaycanı yarışda hakim kimi Anar Nağdıyev təmsil edəcək. Milli komanda noyabrın 14-də Xorvatiyaya yollanacaq, 12 gün sonra isə Bakıya qayıdacaq.