Əsas məzmuna keç

Gülər Hüseynova Dakar-2026-da boks üzrə Azərbaycanı təmsil edəcək

Gülər Hüseynova Dakar-2026-da boks üzrə Azərbaycanı təmsil edəcək
— Foto: idman.biz

Azərbaycan boksçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 51 kq çəki dərəcəsində çıxış edəcək. Boks yarışları noyabrın 7-də başlayacaq.

en ru

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın boks təmsilçisi müəyyənləşib. Seneqalda keçiriləcək yarışda ölkəmizi Gülər Hüseynova təmsil edəcək.

Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında mübarizə aparacaq Hüseynova 51 kq çəki dərəcəsində rinqə çıxacaq. Boks yarışlarına noyabrın 7-də start veriləcək.

Oyunların mükafatçılarının adları noyabrın 12-də bəlli olacaq. Gülər Hüseynova noyabrın 5-də Dakara yollanacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…