Azərbaycan Premyer Liqasının XII turunda daha bir oyun keçirilib. “Qəbələ” səfərdə “Şəfa” ilə qarşılaşıb.
“SOCAR Polymer Arena”da təşkil olunan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin heyətində Şahin Şahniyarov 59-cu dəqiqədə, Meşak Uboçioma isə 90+2-ci dəqiqədə fərqlənib.
Bu nəticədən sonra “Qəbələ” 11 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Beş xalı olan Bakı klubu “Şəfa” isə 11-ci yerdədir.
XII turun ilk oyun günündə “İmişli” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib. “Sabah” səfərdə “Sumqayıt”a 5:1, “Turan Tovuz” isə “Şamaxı”ya 2:0 hesabı ilə qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.