Əsas məzmuna keç

Çimərliklərdə biznes qurmaq istəyənlərin nəzərinə: Qaydalar DƏYİŞİR

Çimərliklərdə biznes qurmaq istəyənlərin nəzərinə: Qaydalar DƏYİŞİR

"Sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi, məsələn, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyənlər üçün müvafiq qaydalar...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"Sahilboyu ərazilərdə torpaqların istifadəyə verilməsi, məsələn, kiçik kafe və ya mövsümi obyekt açmaq istəyənlər üçün müvafiq qaydalar müəyyənləşdiriləcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, torpaqların icarəyə və istifadəyə verilməsi qaydaları eyni deyil:

"Bu ərazilərə şərti olaraq xüsusi ərazi kimi yanaşılacaq. Torpaqların hansı hüquqi əsaslarla veriləcəyi - istifadə, və ya hüququnun tətbiq olunacağı müəyyənləşdirilməlidir.

Mütəxəssis kimi hesab edirəm ki, bu ərazilərdə mülkiyyət hüququnun verilməsi çox nadir hallarda mümkün olmalıdır. Ümumiyyətlə, mövcud qanunvericilikdə də belə ərazilərdə mülkiyyət hüququnun verilməsi nəzərdə tutulmur. Lakin əvvəlki dövrlərdə, xüsusilə 1990-cı illər və 2000-ci illərin əvvəllərində bəzi şəxslərə qanunvericiliyə uyğun olaraq həmin ərazilərdə müəyyən əmlak verilib. Hazırda orada fəaliyyəti ilə məşğul olanlar, obyektləri olan sahibkarlar da var. Həmin məsələlərə də müvafiq qaydada baxılacaq. Bundan sonra "bir pəncərə" prinsipi əsasında istənilən vətəndaş və ya fiziki şəxs yaradılacaq coğrafi informasiya sisteminə daxil olaraq ərazini seçməklə müraciət edə biləcək.

Kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi ilə bağlı elektron informasiya sistemi olduğu kimi, burada da oxşar rəqəmsal torpaq idarəetməsi resursu yaradılacaq. Vətəndaş həmin sistem vasitəsilə istədiyi ərazini seçərək qanunvericiliklə müəyyən olunan hüquqlarını reallaşdırmaq üçün müraciət edə biləcək.

Müraciət elektron qaydada müvafiq quruma daxil olacaq. Daha sonra zərurət yarandıqda yerquruluşu işləri aparılacaq, aidiyyəti dövlət orqanları ilə razılaşdırılacaq və müvafiq rəylər alınacaq.

Məsələn, şəxs çimərlik fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bu zaman gigiyenik tələblərə uyğunluqla bağlı səhiyyə orqanlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin rəyi alınmalıdır.

Bütün razılaşdırmalar və rəylər əldə olunduqdan sonra müvafiq qərar qəbul ediləcək, icarə müqaviləsi bağlanılacaq. Mexanizmin belə olması nəzərdə tutulur. Əsas məsələ isə bu qaydaların qanunvericilikdə təsbit edilməsidir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…