Əsas məzmuna keç

Nikah pozularkən əmlak bölgüsünün gizli məqamları - HÜQUQİ TƏHLİL

Nikah pozularkən əmlak bölgüsünün gizli məqamları - HÜQUQİ TƏHLİL

Ailə Məcəlləsi və Ali Məhkəmənin qərarına əsasən, miras, cehiz, toy qızılları və uşaq əmanətlərinin hüquqi statusunu ekspert Etibar Qarayev izah edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Boşanma prosesində ən çox mübahisə və narazılıq doğuran məsələlərdən biri əmlakın bölünməsidir. qanunvericiliyinə görə, dövründə qazanılmış ər-arvadın ümumi birgə mülkiyyəti sayılsa da, Ailə Məcəlləsi və Ali Məhkəmənin Plenumunun 12 mart 2024-cü il tarixli Qərarı ilə bölünməyən, yalnız tərəflərdən birinə məxsus olan ayrıca mülkiyyətlərin çərçivəsi dəqiq müəyyən edilib.

Bəs boşanma zamanı hansı əşyalar və əmlaklar bölünmür, cehiz, toyda verilən qızıllar, uşaqların adına olan əmanətlər və özəlləşdirilən mənzillərin hüquqi taleyi necə həll olunur?

Məsələ ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verən əmək hüquqları üzrə ekspert Etibar Qarayev bildirib ki, mülkiyyətin birgə əmlak olaraq müəyyən edilməsində əmlakın əldə edilmə vaxtı, mənbəyi, təyinatı və tərəflər arasındakı müqavilənin müddəaları əsas götürülür. Ekspert bölünməyən əmlakların siyahısını və hüquqi əsaslarını belə sıralayıb:

Nikah pozularkən əmlak bölgüsünün gizli məqamları - HÜQUQİ TƏHLİL

1. Nikahdan əvvəlki əmlak və bağışlanan/miras qalan : "Nikah bağlanmazdan əvvəl tərəflərdən birinə məxsus olan mənzil, torpaq, və pul həmin şəxsin ayrıca mülkiyyətidir. Nikah dövründə hədiyyə, miras və digər əvəzsiz əqdlər əsasında əldə edilən əmlak da bölünmür. Məsələn, arvada miras qalmış mənzil və ya ərə bağışlanmış torpaq nikah dövründə əldə edilsə də, yalnız həmin şəxsə məxsusdur".

2. Cehiz, toy qızılları və fərdi istifadə əşyaları: "Arvada verilmiş cehiz əşyaları, elçilik, nişan və toyda konkret tərəflərdən birinə hədiyyə edilmiş zinət əşyaları ayrıca əmlak sayılır və bölünmür. Lakin nikah dövründə ümumi vəsaitlə alınmış qızıl və zinət əşyaları yalnız bir tərəfin istifadəsində olsa belə, ümumi əmlak kimi bölünməlidir. Geyim və digər fərdi istifadə əşyaları divides olunmur. Telefon, planşet və noutbukların isə fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınır".

3. Ayrıca əmlakın hesabına alınan yeni mülkiyyət: "Nikah dövründə alınmış əmlakın dəyəri tamamilə tərəflərdən birinin nikahdan əvvəlki və ya miras qalan pulu hesabına ödənilibsə, yeni əmlak da ayrıca mülkiyyət sayılır. Məsələn, nikahdan əvvəlki mənzilin satış pulu ilə yeni mənzilin alınması buna nümunədir. Lakin alışa ümumi vəsait də əlavə edilibsə, həmin pay bölgü zamanı nəzərə alınmalıdır".

4. Uşaqların əşyaları, əmanətləri və özəlləşdirilən mənzillər: "Yetkinlik yaşına çatmayan uşaqların geyimləri, məktəb ləvazimatları, musiqi alətləri, eləcə də onların adına qoyulmuş əmanətlər uşaqlara məxsusdur, bölünmür və uşaqla qalan valideynə verilir. Eyni zamanda, mənzil fondunun əvəzsiz özəlləşdirilməsi zamanı mənzil yalnız ərin və ya arvadın mülkiyyətinə verilibsə, bu mənzil avtomatik ümumi əmlaka çevrilmir".

5. Faktiki ayrılıq dövrü və nikah müqaviləsi: "Ailə münasibətlərinə faktiki xitam verilib ayrı yaşanılan dövrdə qazanılmış əmlakı məhkəmə ayrıca mülkiyyət hesab edə bilər. Həmçinin notarial qaydada təsdiqlənmiş nikah müqaviləsində ayrıca mülkiyyət kimi göstərilən əmlaklar da müqavilə şərtlərinə uyğun olaraq bölünmür".

Ekspert Etibar Qarayev sonda iddia tərəfinin üzərinə düşən sübutetmə öhdəliyini və istisnaları vurğulayıb:

"Əgər nikah dövründə tərəflərin ümumi əməyi və ya vəsaiti hesabına ayrıca əmlakın dəyəri xeyli artırılıbsa (məsələn, əsaslı təmir olunubsa), həmin əmlak birgə mülkiyyət sayıla bilər. 'Öz pulumla almışam' demək kifayət etmir, çünki nikah dövründə qazanılan əməkhaqqı ümumi gəlirdir. Məhkəmədə əmlakın ayrıca mülkiyyət olduğunu iddia edən tərəf bunu bank köçürmələri, yazışmalar və ya yazılı sənədlərlə mübahisəsiz şəkildə sübut etməlidir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…