Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldu sosial şəbəkə hesabında Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
41 yaşlı futbolçu Portuqaliya yığmasında debütünü 2003-cü il avqustun 20-də Qazaxıstan millisinə qarşı yoldaşlıq görüşündə edib. 1:0 hesabı ilə başa çatan matçın ikinci hissəsində meydana daxil olan Ronaldu həmin vaxt 18 yaşında olub.