Portuqaliya millisinin mətbuat xidməti Kriştiano Ronalduya karyerasında 980-ci qolunu vurması münasibətilə təbrik paylaşımı edib.
41 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatının 8-ci turunda “Əl-Diriya” ilə qarşılaşmada “Əl-Nəsr”in heyətində qol vurub. Görüş Ronaldu təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qol portuqaliyalı hücumçunun karyerasında 980-ci olub.
Portuqaliya millisinin sosial şəbəkə hesabında Ronaldu ilə bağlı fotonun altında “Kriştiano Ronaldu ‘Əl-Nəsr’in qələbə qazandığı matçda qol vurdu” sözləri yazılıb.