Portuqaliya millisinin sabiq cinah oyunçusu Daniel Podense Kriştiano Ronaldu üçün vida turu keçirmək ideyasını irəli sürüb.
Hazırda “Əl-Şabab”da oynayan futbolçunun təklifinə əsasən, Ronaldu milli komanda ilə vidalaşmaq üçün İspaniya, Braziliya, İtaliya və İngiltərə yığmalarına qarşı oyunlarda meydana çıxmalıdır.