Polşa çempionatının 10-cu turunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” “GKS Katovitse” ilə qarşılaşıb. Çenstoxova təmsilçisi öz meydanında rəqibinə 1:4 hesabı ilə məğlub olub.
Start heyətində yer alan Emreli 61 dəqiqə meydanda qalıb. “Rakuv”un hesabda 1:3 geridə olduğu vaxt Azərbaycanlı futbolçu Adam Basse ilə əvəzlənib.
Məğlubiyyətdən sonra “Rakuv” 10 oyunda topladığı 3 xalla 18 komanda arasında sonuncu pillədə qalıb. “GKS Katovitse” 15 xalla doqquzuncu sıradadır.
Çempionatın turnir cədvəlinə 22 xalla “Qurnik Zabrje” başçılıq edir.