Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov karyerasını Polşanın “Rakuv” klubunda davam etdirə bilər. Türkiyə mətbuatının yaydığı məlumata görə, hazırda “Bursaspor”da çıxış edən futbolçu qışda Polşa klubuna keçmək üçün danışıqlar aparır.
Bayramovun Polşa çempionatına mümkün transferi daha əvvəl də müzakirə olunub. “Rakuv” Polşanın yüksək liqası olan Ekstraklasada mübarizə aparır. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də həmin klubun formasını geyinir.
Kontekst
Xatırladaq ki, oktyabrın 17-də Toral Bayramovun “Bursaspor”dan ayrılmaq istədiyi barədə məlumat yayılmışdı. Həmin xəbərdə futbolçunun klubdan getmək istəyinin səbəbi baş məşqçi Mustafa Er tərəfindən kifayət qədər şans almaması kimi göstərilmişdi.