ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə, o cümlədən İran yaxınlığına 20-dən çox döyüş gəmisi yerləşdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-da üçüncü aviadaşıyıcı zərbə qrupunun da bölgəyə çatması ilə ABŞ-nin hərbi dəniz qüvvələrinin regiondakı mövcudluğu daha da genişlənib.
Hazırda Ərəbistan dənizində, İranın cənub-şərqində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç aviadaşıyıcı - "George Washington", "George Bush" və "Theodore Roosevelt" yerləşir.
Bununla yanaşı, İran yaxınlığında bir kreyser, idarəolunan raketlərlə təchiz edilmiş 13 esmines, məsafədən idarə olunan kəşfiyyat gəmisi və "Miguel Keith" ekspedisiya dəniz bazası dislokasiya olunub.
ABŞ Hərbi Dəniz Qüvvələrinin daha iki esminesi Qırmızı dənizdə, dəniz piyadalarını daşıyan üç böyük desant gəmisi isə Hind okeanında fəaliyyət göstərir.
Bundan əlavə, dörd esmines Şərqi Aralıq dənizində əməliyyat tapşırıqlarını yerinə yetirir.