Hörmüz boğazında bir gəmidə yanğın baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, Oman sahillərində, Əl-Xasab şəhərindən 9 dəniz mili şimalda yerləşən ərazidə hadisə qeydə alınıb.
Qeyd olunub ki, başqa bir gəmiyə məxsus kapitan yanmaqda olan gəmini görüb.
Hadisə nəticəsində dəymiş ziyan və ətraf mühitə mümkün təsirlər barədə hələlik məlumat yoxdur.
Gəminin heyətinin vəziyyəti də hələlik məlum deyil.