Əsas məzmuna keç

Putin: "Melaniya Trampın vasitəçiliyi ilə Ukraynada humanitar əməliyyat keçirilir"

Putin: "Melaniya Trampın vasitəçiliyi ilə Ukraynada humanitar əməliyyat keçirilir"

Rusiya Prezidenti Vladimir Putin Aleşki ətrafında mülki əhaliyə yardım əməliyyatının planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, Ukrayna tərəfi şəhərə yaxınlaşma yollarını minalayaraq humanitar fəlakətə şərait yaradıb.

en ru

Prezidenti Rusiya-Afrika sammitinin plenar iclasında çıxış edərkən Aleşki yaşayış məntəqəsində yaxın saatlarda humanitar əməliyyatın keçiriləcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Əməliyyat mülki əhaliyə təcili yardımın göstərilməsini nəzərdə tutur. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Xerson istiqamətində hərbi əməliyyatların müvəqqəti dayandırılacağını və Aleşki ərazisində humanitar missiya ilə əlaqədar 27 oktyabr 2026-cı il tarixi saat 04:00-dan etibarən "sükut rejimi"nin tətbiq edildiyini açıqlayıb.

Putin tərəfinin şəhərə gedən yolları minalayaraq humanitar fəlakət şəraiti yaratdığını iddia edib. Rusiya lideri bu missiyanın təşkilində ABŞ-nin birinci xanımı Melaniya Trampın rolunu xüsusi vurğulayıb: "Bu günlərdə, bu gün-sabah, ABŞ-nin birinci xanımının dəstəyi ilə mülki əhaliyə yardım əməliyyatı planlaşdırılıb".

Ağ Ev də öz növbəsində Aleşkidə humanitar əməliyyatın keçirilməsi üzrə razılaşmanın əldə olunmasında Melaniya Trampın əsas rol oynadığını təsdiqləyib. Birinci xanımın ofisindən bildirilib ki, o, Rusiya və Ukrayna rəhbərliyi ilə aparılan birbaşa danışıqlarda şəxsən iştirak edib.

Ukraynadakı ümumi vəziyyətdən danışan Rusiya Prezidenti Moskvanın münaqişənin yolu ilə həlli imkanları üzərində işləməyə davam etdiyini əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…