Əsas məzmuna keç

Peskov: Aleşkidə atəşkəs digər istiqamətlər üçün nümunə ola bilər

Peskov: Aleşkidə atəşkəs digər istiqamətlər üçün nümunə ola bilər

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Aleşkidə humanitar məqsədlə əldə olunan atəşkəs razılaşması xüsusi hərbi əməliyyat zonasında digər istiqamətlərdə də oxşar razılaşmalara nümunə ola bilər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Federasiyası Prezidentinin mətbuat katibi Xerson istiqamətində yerləşən Aleşki (Oleşki) yaşayış məntəqəsində tətbiq edilən lokal "sükut rejimi"nin və humanitar atəşkəs mexanizminin münaqişə zonasının digər istiqamətləri üçün presedent rolunu oynaya biləcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov humanitar əməliyyatın keçirilməsi ilə əlaqədar Xerson cəbhəsində 2026-cı il oktyabrın 27-si Moskva vaxtı ilə saat 04:00-dan etibarən atəşin dayandırılacağını açıqlayıb.

Kremlin nümayəndəsi jurnalistlərin Aleşkidəki atəşkəs mexanizminin münaqişə zonasındakı digər cəbhə xətləri üçün namünə olub-olmayacağı ilə bağlı sualına cavab verərkən Vaşinqtonun diplomatik dəstəyini yüksək qiymətləndirib:

“Humanitar məqsədlər naminə belə mexanizmlərin tətbiqi, əlbəttə ki, mümkündür. Xüsusilə də bu prosesdə Birləşmiş Ştatların danışıqlar komandasının və ABŞ-nin birinci xanımı Melaniya Trampın şəxsi, çox müsbət və koordinasiyaedici müdaxiləsi nəzərə alınmalıdır. Rusiya tarafı bu Konstruktiv diplomatik səyləri yüksək qiymətləndirir və belə addımların gələcək üçün bir presedent təşkil edə biləcəyini istisna etmir”, – deyə D.Peskov vurğulayıb.

Xatırladaq ki, Ağ Ev rəhbərliyi Aleşki yaşayış məntəqəsində mülki əhalinin təxliyəsi və humanitar yardımın çatdırılması məqsədilə atəşkəs razılaşmasının əldə olunmasında birinci xanım Melaniya Trampın birbaşa vasitəçilik rolunu rəsmən təsdiqləyib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Rusiya rəhbərliyi əməliyyatın əsas məqsədinin Donbasın mülki əhalisinin qorunması, eləcə də Ukraynanın silahsızlaşdırılması və neytral statusunun təmin edilməsi olduğunu bəyan edib. Bu addıma cavab olaraq Qərb dövlətləri və müttəfiqləri Rusiyaya karşı sərt iqtisadi və siyasi sanksiyalar tətbiq ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…