SEPAH Hörmüz boğazının qərb hissəsi üzərində radioelektron mübarizə əməliyyatı zamanı ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatının ələ keçirildiyini və yerə endirildiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatının məqsədi Fars körfəzi və Hörmüz boğazı sahilləri boyunca yerləşən İranın hava hücumundan müdafiə sistemləri barədə kəşfiyyat məlumatları toplamaq olub.
SEPAH Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri pilotsuz uçuş aparatından əldə edilən məlumatları araşdıraraq onun uçuşunun Fars körfəzi dövlətlərindən birinin cənub sahillərindən başladığını müəyyən ediblər.